Amerika Birləşmiş Ştatları Avropa Şurasının (AŞ) 1999-cu ildə yaratdığı Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) tərkibindən çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadla ABC News telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ təşkilatdan çıxması barədə rəsmi bildiriş göndərib. Avropa Şurası bununla bağlı təəssüfünü ifadə edərək əməkdaşlığın bərpa olunacağına ümid etdiyini bildirib. AŞ-nin bəyanatında qeyd olunur: "GRECO korrupsiyanın qarşısının alınması istiqamətində birgə səylər çərçivəsində ABŞ ilə əməkdaşlığı bərpa etməyə hələ də açıqdır".
GRECO 1999-cu il yanvarın 27-də Strasburqda imzalanmış Korrupsiya əməllərinə görə cinayət məsuliyyəti haqqında Konvensiyaya əməl olunmasına nəzarət orqanı kimi Avropa Şurası tərəfindən yaradılıb. Onun iştirakçıları həm AŞ-nin üzvləri, həm də bu təşkilata daxil olmayan dövlətlər ola bilər. ABŞ GRECO-ya 2000-ci ildə qoşulmuşdu.
Məhkəmə Trampa miqrantların üçüncü ölkələrə deportasiyasını bərpa etməyə icazə verib
Netanyahu təyyarəsinin ələ keçirilməsi siqnalı ilə əlaqədar təcili iclas keçirir