Gürcüstan 2027-ci ildə ATƏT-in sədri postuna nail olmağa çalışır, lakin Avropa İttifaqı onun namizədliyinə qarşı çıxır.
“İki sahil” xəbər verir ki, bu barədə Brüsselin "Rapporteur" portalı məlumat yayıb.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin bildirdiyinə görə, Tbilisi sədrliyində maraqlıdır və təşkilatın bütün iştirakçı dövlətləri ilə əməkdaşlığa hazırdır. Lakin Avropa İttifaqı Gürcüstanın müraciətinə etiraz edir. Aİ-nin rəsmi nümayəndəsi Kristian Viqand təsdiqləyib ki, Brüssel əvvəlki kimi Kiprin namizədliyini dəstəkləyir və heç bir alternativi müzakirə etmir, deyə portal qeyd edir.
ATƏT 2027-ci il üçün sədrliyi məsələsində dalana dirənmiş olaraq qalır. Kipr yeganə rəsmi namizəddir, lakin Türkiyə onun irəli sürülməsini bloklayır. Bu, Gürcüstana özünü alternativ kimi təqdim etmək imkanı yaradır. Nəşrin məlumatına görə, Baltikyanı ölkələr Gürcüstanın namizədliyinə qarşı xüsusilə sərt mövqe nümayiş etdirirlər.
ATƏT Nazirlər Şurasının növbəti iclası dekabrın 3-4-də Luqanoda keçiriləcək.
Netanyahu təyyarəsinin ələ keçirilməsi siqnalı ilə əlaqədar təcili iclas keçirir