İsrail "flydubai" aviaşirkətinin "Boeing 737" təyyarəsinin göyərtəsində baş verənləri terror aktı cəhdi kimi qiymətləndirir.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin "14 Kanalı" məlumat yayıb.
"İsrail baş verənləri terror aktı cəhdi kimi təsnif edir. Təyyarəni qaçırmağa cəhd etdiyi ehtimal edilən pilotun 11 sentyabr üslubunda hücum həyata keçirmək istədiyi güman olunur", – deyə nəşrin məlumatında iddia edilir.
Daha əvvəl Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin sərnişin daşıyan "Boeing 737" təyyarəsinin mümkün ələ keçirilməsi barədə siqnal verdiyi bildirilmişdi.
Daha sonra təyyarənin Səudiyyə Ərəbistanının Təbük hava limanında eniş etdiyi məlum olub.
Məhkəmə Trampa miqrantların üçüncü ölkələrə deportasiyasını bərpa etməyə icazə verib
Netanyahu təyyarəsinin ələ keçirilməsi siqnalı ilə əlaqədar təcili iclas keçirir