Macarıstan hakimiyyəti Rusiyanın diplomatların ölkədən çıxarılmasına cavab tədbirlərini nəzərə alıb. Bu barədə respublikanın Xarici İşlər Nazirliyindən bəyan ediblər.
“İki sahil” RIA Novosti agentliyinə istinadla xəbər veriri ki, Budapeşt diplomatik gərginliyin eskalasiyasında maraqlı deyil.
Bununla belə, Macarıstan XİN-dən qeyd olunduğu kimi, respublika milli təhlükəsizlik mülahizələrindən irəli gələrək qəbul etdiyi qərarı dəyişməyəcək.
Bundan əvvəl Rusiya XİN Macarıstanın Moskva, Sankt-Peterburq və Kazandakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının ölkədən çıxarıldığını bəyan etmişdi.
Zelenski: Ukrayna Rusiya neft emalı zavodlarına zərbələrin sayını iki dəfə artıracaq