Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ümumi fayda prinsipləri əsasında inkişaf edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyətini qəbul etməsi ilə bağlı "X" sosial media hesabında paylaşımında qeyd edib.
O, oktyabrın 1-də Avropanın nümayəndə heyətini qəbul etməkdən məmnun olduğunu bildirib:
"Bu gün Avropanın 20-dən çox ölkəsinin nümayəndələrindən ibarət Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyətini qəbul etməkdən məmnun oldum. Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ümumi fayda prinsipləri əsasında inkişaf edir. Son dövrdə yüksək səviyyəli təmaslar vasitəsilə siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli dinamika qazanıb".
H.Hacıyev həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və regional bağlantılılıqda, xüsusilə Orta Dəhliz çərçivəsində oynadığı strateji rol Aİ-Azərbaycan münasibətlərinin mühüm istiqamətlərindən olduğunu vurğulayıb:
"Eyni zamanda, əməkdaşlıq təmiz enerji, rəqəmsal transformasiya və innovasiyalar, eləcə də investisiyalar sahələrini də əhatə edir. Bu il təhlükəsizlik sahəsində dialoqumuzu Siyasi və Təhlükəsizlik Dialoqu səviyyəsinə genişləndirmişik və yeni hərtərəfli ikitərəfli saziş, eləcə də yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzərində iş aparırıq. İnkişaf edən ikitərəfli gündəm ümumi maraqları praktiki nəticələrə çevirmək üçün imkan yaradır".
I was pleased to receive today the delegation of the EU Council Working Party on Eastern Europe and Central Asia (COEST) composed of representatives from more than 20 European countries. EU-Azerbaijan partnership is of strategic importance and is developing on the basis of mutual respect, equality and shared benefit. Political dialogue has intensified through recent high-level contacts, and practical cooperation is gaining significant momentum. Azerbaijan’s contribution to Europe’s energy security and its strategic role in regional connectivity, particularly through the Middle Corridor, are important dimensions of EU-Azerbaijan relations. At the same time, cooperation is being extended to clean energy, digital transformation and innovation, and investments. This year, we have broadened our security dialogue into a Political and Security Dialogue and are working toward a new comprehensive bilateral agreement and renewed Partnership Priorities. The evolving bilateral agenda provides an opportunity to translate shared interests to practical deliverables. #EU @EUSR_SCCiG
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 1, 2026
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk