Oktyabrın 1-də Çingiz Həsənlinin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda iki məsələyə baxılıb.
Əvvəlcə komissiyanın 2025-ci il 11 dekabr tarixli iclasının protokolu təsdiq olunub. Sonra VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb. Ali Məclisin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun müraciəti qanunvericiliyə uyğun qaydada Mərkəzi Seçki Komissiyasında araşdırılıb və onun mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşib.
Mərkəzi Seçki Komissiyası Abdullayev Qəzənfər İsmayıl oğlunun ərizəsini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib. ( AZƏRTAC)
Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - VİDEO
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib