01 oktyabr 2026 21:52
124

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb.

“İki sahil” xəbər verir ki, oktyabrın 1-də həyata keçirilən işıqlandırma tədbiri Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 77-ci ildönümü münasibətilə təşkil olunub.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun da ÇXR-nin bayrağının rəngləri ilə işıqlandırılacağı nəzərdə tutulub.