Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətinin sülhə hazırlanması istiqamətində fəal şəkildə işləməyə çağırır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı Ermənistan cəmiyyətindəki müəyyən tendensiyalardan, xüsusən də böyük nüfuza malik qüvvələrin mövcudluğundan narahatdır.
"Daha bir narahatlıq doğuran amil erməni gənclər arasında revanşist əhval-ruhiyyənin davam etməsidir. Bu, vacib məqamdır. Buna görə də biz Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamaq üçün fəal şəkildə işləməyə çağırırıq", - o bildirib.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfi sülh gündəliyini davam etdirmək, onu praktikada möhkəmləndirmək, Ermənistan və Azərbaycan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə biləcək sülh arxitekturası qurmaq üçün strateji qətiyyətə malikdir.
"Buna görə də biz həmişə deyirik ki, bu sülhü təkcə Ermənistan hökuməti və ölkənin baş naziri ilə deyil, erməni xalqı ilə bağlamaq istəyirik. Bu səbəbdən biz hələ də Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik. Şübhəsiz ki, bu, daxili məsələdir və biz bu prosesə müdaxilə etməkdən tamamilə çəkinirik", - o əlavə edib.
Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - VİDEO
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib