Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın Əsasları” Federal Tədqiqat Mərkəzinin (FRC “Biotexnologiya RAS”) Neft Mikrobiologiyası Laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Yekaterina Mixaylovna Semenova ilə görüş keçirilib. Laboratoriyanın əsas fəaliyyət istiqamətlərini yeraltı ekosistemlərdə və neft yataqlarında mikrob icmalarının öyrənilməsi təşkil edir. Yekaterina Semenova mikrobiologiya və biotexnologiya sahələrində tədqiqatlar aparır.
Görüş zamanı laboratoriya müdiri İradə Eyvazova və baş elmi işçi Könül Qəhrəmanova ilə işgüzar söhbət aparılıb. Söhbət zamanı əsas tədqiqat istiqamətləri, əməkdaşlıq perspektivləri, birgə tədqiqatların mümkün sahələri, həmçinin mikrobiologiya və biotexnologiya üzrə birgə elmi layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Daha sonra Yekaterina Mixaylovna Semenova Kimya İnstitutunun “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının mikrobioloji tədqiqat bölməsi ilə tanış olub, laboratoriyanın əməkdaşları Təranə İbrahimova, Aygün Alməmmədova və Aytac İsmayıllı ilə görüşüb.
Müzakirələr zamanı karbohidrogenlərin transformasiyasında iştirak edən mikroorqanizmlərin öyrənilməsi, neftoksidləşdirici mikroorqanizmlərin tədqiqi, həmçinin torpağın, suyun və neft avadanlıqlarının neftlə çirklənməsinin aradan qaldırılması məqsədilə biopreparatların hazırlanması istiqamətində əməkdaşlıq perspektivlərinə xüsusi diqqət yetirilib. Eyni zamanda, birgə tədqiqatların aparılması və elmi təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.
Görüşün sonunda Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın Əsasları” Federal Tədqiqat Mərkəzinin mütəxəssisləri arasında gələcək elmi əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün perspektivli istiqamətlər müəyyənləşdirilib.
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib