Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.
“İki sahil” xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.