02 oktyabr 2026 16:50
103

Rayonlarda şimşək çaxır, arabir yağış yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz, Şabran, Quba, Qusarda şimşək çaxır, arabir yağış yağır.

Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 16 m/s-yə çatır.