Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Ağdam rayonuna gəliblər.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti rayonun Sarıcalı kəndi ərazisində minatəmizləmə prosesi barədə məlumatlandırılıblar.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları xarici nümayəndələrə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verib. O bildirib ki, Ağdam rayonu mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri hesab edilir. Qonaqlar minatəmizləmə prosesini izləyiblər.
Aİ Şurasının nümayəndələri daha sonra Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüşüblər. Görüşdə Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib. Ardınca azad edilmiş ərazilərdə baş verən dəyişiklərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi komissiyanın fəaliyyəti, o cümlədən azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi və əsir və itkin düşmüş soydaşlarımızın taleyinin araşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Qeyd edək ki, səfər çərçivəsində Aİ Şurasının nümayəndə heyəti əvvəlcə Şuşa və Xankəndi şəhərlərində olublar.
Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - VİDEO
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib