G7 ölkələrinin liderləri İranı qlobal enerji təhlükəsizliyini təhdid etməkdə ittiham ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə G7-nin yaydığı bəyanatda bildirilib. “Biz İranın qonşularına qarşı davam edən hücumlarını, beynəlxalq ticarətə maneələr yaratmasını və enerji təhlükəsizliyinə təhdidlərini pisləyirik”, - deyə bəyanatda qeyd olunub.
G7 liderləri İranı Hörmüz boğazında maneəsiz gəmiçiliyi bərpa etməyə çağırıblar və bu məqsədlə kollektiv səyləri gücləndirməyə hazır olduqlarını bildiriblər.