02 oktyabr 2026 23:34
103

Batan gəminin qəzasına səbəb gövdəyə suyun sızması olub

Şimali Kiprin Girnə limanı yaxınlığında batan gəminin qəzasına səbəb gövdəyə suyun sızması olub.

“İki sahil” xəbər verir ki, bu barədə “Kibris” qəzeti məhkəmə iclasına istinadla məlumat yayıb. Məlumata görə, açıq qalan qapılardan bölmələrə su daxil olub və gəmi sabitliyini itirərək batıb. Qəza zamanı gəmidə 267 nəfər olub, 239 nəfər xilas edilib, 18 nəfər ölüb, 10 nəfər isə itkin düşüb.

Məhkəmə batmış gəminin “qara qutu”sunun Türkiyəyə göndərildiyini də bildirib.