Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.
“İki sahil” xəbər verir ki, “Azərişıq” ASC-dən bildirilib ki, təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsinin Kondisioner bağları yaşayış massivində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazidə yaşayan abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
2020-ci il oktyabrın 3-də Suqovuşan və Talışda Azərbaycanın üçrəngli bayrağı qaldırılıb