03 oktyabr 2026 10:04
111

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub

Tovuzda baş verən hadisənin təfərrüatları məlum olub.

“İki sahil” xəbər verir ki, Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası - 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.