03 oktyabr 2026 10:10
122

Xınalıq kəndinə qar yağıb

Havanın kəskin dəyişməsi nəticəsində oktyabrın 3-ü gecə saatlarından başlayaraq şimal bölgəsinin yüksək dağlıq ərazilərinə qar yağıb.

“İki sahil” xəbər verir ki, Quba rayonunun Xınalıq kəndində qarın hündürlüyü 10 santimetrə çatır. Yerli sakinlərin sözlərinə görə, kənddə qar yağması hazırda da davam edir. Bu, cari il bölgəyə yağan ilk qardır.