Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi və strateji potensialı ümumi rifahımıza çevirməyə, əməkdaşlığımızı və inteqrasiyamızı daha yüksək səviyyələrə çatdırmağa qərarlıyıq.
“İki sahil” xəbər verir ki, bu fikir Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabındakı paylaşımda qeyd olunub. "Türk Dövlətləri Təşkilatının təməlini qoyan Naxçıvan Sazişinin 17-ci ildönümündə Türk Dövlətləri Əməkdaşlıq Gününü qürur və coşqu ilə qeyd edirik! Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi və strateji potensialı ümumi rifahımıza çevirməyə, əməkdaşlığımızı və inteqrasiyamızı daha yüksək səviyyələrə çatdırmağa qərarlıyıq.
Türk Əsrini birlik və həmrəylik içində qururuq", - paylaşımda qeyd olunub.
Vüqar Rəhimzadə: YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsi oldu
Prezident İlham Əliyev İraq Prezidenti Nizar Amidini milli bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönü təbrik edib