03 oktyabr 2026 11:56
100

YAP müasir Azərbaycanın dövlətçilik kursunun partiyasıdır

Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi vəziyyət kəskinləşdiyi ərəfədə böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda yarandı. Heydər Əliyev partiyanın sədri seçildi. Bu partiya Azərbaycanın siyasi ideologiyası oldu, öz tarixi missi­ya­sını indi də dövlət, dövlətçiliyə böyük sədaqətlə yerinə yetirir.

Bu və ya digər partiyanın qurultayı strateji tədbirdir: görülmüş işlər ümumiləşdirilir, mü­za­ki­rələrlə dəyərləndirilir, gələcək fəaliyyətin konturları müəyyənləşdirilir. Yeni Azərbaycan Parti­ya­sının VIII Qurultayı da bu tezislər əsasında keçirildi.

Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cə­nab İlham Əliyev çıxış etdi. Çıxışında qələbələrimizin başlanğıc tarixinin Yeni Azərbaycan Parti­ya­sının təsis qurultayı olduğunu xatırladan, partiyanın bu qurultayının ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli hadisə ola­ca­ğını, bu qurultayın ərazi bütövlüyü tam bərpa olunmuş Azər­bayca­nımızda ilk qurultay kimi tarixləşəcəyini, həm Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi qüvvə olduğunu xatırladaraq dedi: “Bizim qurultayımız yeni ictimai-siyasi və geo­siyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və su­ve­renliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zə­fə­rimizdən danışırdı. Azər­bay­can özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qə­dər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ər­zində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi”.

Azərbaycan dövlətçiliyi böyük təhlükə ilə üzləşmişdi. Azərbaycan vətəndaş müharibəsi ərə­fəsindəydi. Belə bir vaxtda dahi tarixi şəxsiyyət xalqı gerçək ideoloji mübarizə sistemi ilə silahlan­dırmaq üçün xalqın öz partiyasını yaratmışdı. Yeni Azərbaycan Partiyası dövrün partiyası idi. Res­publikada siyasi vəziyyət son dərəcədə kəskin­ləşəndə xalq yeganə çıxış yolu kimi böyük tarixi şəx­siyyət Heydər Əliyevi ha­kimiyyətə çağırdı. Bu, seçim deyildi, dövlətçiliyin süqutunun qarşısını ala biləcək ye­ganə və alterna­tivsiz təşəbbüs idi. Dahi tarixi şəxsiyyət xalqın çağırışına cavab olaraq Bakıya qayıtdı. Qısa müd­dətdə separatçılıq da, vətəndaş müharibəsinə aparan təxribatlar da aradan qal­dı­rıldı, ordu qurucu­luğunda əsaslı islahatlar aparıldı, vahid komandanlıq yaradıldı, uğurlu Horadiz əməliyyatı keçi­rildi, …Bunlar ən böyük azərbaycanlı olan dahi Heydər Əliyevin dövlət­çilik dühası ilə əldə olun­du. Dövlət başçımız çıxışında dedi ki, “Əgər Heydər Əliyev o vaxt Azər­baycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyun­lar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azər­baycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ancaq o vaxta qədər artıq biz böyük itkilərlə üzləşmişdik - torpaq itkisi, iqtisadiyyat tamamilə çökmüşdür. Neftlə, qazla zəngin olan ölkədə qaz qıtlığı, elek­t­rik enerjisi qıtlığı yaranmışdır. İnflyasiya 1000 faizdən çox idi, xəzinə boş idi. AXC–Müsavat cütlüyü Er­mə­nis­tan torpaqlarımızı işğal edən zaman vətəndaş müharibəsini də başlamışdır, qardaş qanı tök­müşdür. Sonra da qorxaqcasına hərəsi bir yerə qaçaraq fərarilik etmişdilər. Bax, belə bir şə­rait­də Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi…”.

Dövlət başçımız Ermənistanın elan etmədən başladığı, Azərbaycanın ərazisinin 20 faizinin işğalı ilə nəticələnən I Qarabağ müharibəsindən, müharibənin uzanması səbəblərindən, Azərbay­can Ordusunun əks-hücum əməliyyatı ilə başlayan II Qarabağ müharibəsindən, Ordumuzun 2020-ci il noyabrın 10-da qazandığı tarixi Zəfərdən, 2023-cü ilin 20 sentyabr qələbəsindən, Azər­bay­canın ərazisinin tam bərpa olunmasından, … söz açaraq dedi ki, “Azərbaycan ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azər­baycandır!” deyirlər. Bunu məcburən deyirlər. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərə­findən tanınması, sadəcə olaraq, xoş niyyətin təzahürü deyil və belə sayıla bilməz. Bütün günahları Ermənistanın əvvəlki rəhbərliyinin üzərinə yıxmaq da olmaz. Halbuki Ermənistanın əvvəlki rəh­bərləri - onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermə­nistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu. Yəni bütün bunları biz heç vaxt unutmamalıyıq. Bu gün bəzi xarici dairələr Ermənistanın indiki rəhbərliyindən sülh göyərçini düzəltmək istəyəndə biz hər dəfə bax, bu tarixi onlara xatırladırıq. 2018–2020-ci illərin tarixini xatırladırıq ki, tarix təhrif edilməsin və yalan tezislər real tarixi pozmasın”.

Azərbaycanın xarici siyasətlə bağlı fəaliyyətinin dünyada böyük təqdirlə qarşılandığını, Azər­­baycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayacağını, respub­li­kamızın bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrildiyini, bundan sonrakı illərdə “Bö­yük Qayıdış”ın daha sürətlə gedəcəyini diqqətə çatdıran Azərbaycan Respublikasının Pre­zidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Azərbaycanın 1993-2003-cü illər ər­zində faktiki olaraq beynəlxalq təcriddən çıxdığını, bu gün Azərbaycanla Ermənistan ara­sında münaqişə, müharibə olmadığını, sərhədlərdə sakitçilik ol­du­ğunu bildirərək dedi: “Elə güc əldə et­mə­liyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təq­ribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var - ilk növbədə, Qara­bağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial və­ziy­yətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özü­müzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz ola­caq”…

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ərazi bütövlüyü tam bərpa olumuş Azərbay­ca­nı­mızın siyasi kursunun dünənlərini, bu gününü, sabahlarını ümumiləşdirdiyindən dövlət başçı­mı­zın çıxışı partiyanın fəaliyyətinə siyasi və sosial baxışın məruzəsi kimi dinlənildi. Tarixi faktların mahiyyəti dərin məntiqlə təqdim edildiyi üçün qurultay nümayəndələri çıxışı partiyanın missi­ya­sı­nın siyasi arayışı bildilər…

YAP müasir Azərbaycanın dövlətçilik kursunun partiyasıdır…

Səbinə Xasayeva,

Milli Məclisin deputatı