03 oktyabr 2026 14:54
98

Suqovuşan qəsəbəsi və Talış kəndində köçürülən sakinlərdən 230 şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi azadlığına qovuşmuş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması işlərini aparır.

“İki sahil” xəbər verir ki, onlardan artıq 230 sakin məşğulluq tədbirlərinə cəlb edilib. O cümlədən özünüməşğulluq proqramı çərçivəsində 34 sakin üçün kiçik ailə təsərrüfatları qurulub.

Sakinlərdən 9 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.