Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Təmir işləri ilə əlaqədar saat 00:00-dan 02:00-dək Ceyhun Hacıbəyli, Hənifə Ələsgərov, İmran Qasımov, Qulu Quliyev, Mirəli Qaşqay, Mirəsədulla Mirqasımov, Nazim Hacıbəyov küçələri, Azadlıq və Vaqif prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur - Ramin Məmmədov
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Müasir məktəb idarəçiliyində geyim standartları: Dünyəvi təhsil modelinin tərkib hissəsi