04 oktyabr 2026 13:03
90

AAYDA-da süni intellektin idarəetmə və iş proseslərində tətbiqinə dair təlim keçirilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbər heyəti üçün süni intellekt alətlərinin idarəetmə və iş proseslərində effektiv tətbiqinə həsr olunmuş təlim keçirilib.

“İki sahil” xəbər verir ki, nəzəri və praktiki hissələrdən ibarət təlim zamanı süni intellekt texnologiyalarının qərarvermə və gündəlik iş proseslərində yaratdığı imkanlar, müxtəlif alətlərdən məqsədyönlü və səmərəli istifadə üsulları barədə məlumat verilib, praktiki nümunələr təqdim olunub.

Təlimin keçirilməsində əsas məqsəd Agentlikdə rəqəmsal transformasiya proseslərinin təşviqi, müasir texnologiyaların iş proseslərinə inteqrasiyasının genişləndirilməsi, həmçinin süni intellekt alətlərindən effektiv və sistemli istifadə bacarıqlarının formalaşdırılmasıdır.