04 oktyabr 2026 17:31
113

ABŞ-a məxsus 6 nəfərin olduğu təyyarə Nantaket adasında yoxa çıxıb

Bermud adalarından Bostona uçan tibbi təyyarə ilə əlaqə kəsilib. Axtarış zamanı okeanda təyyarəyə aid ola biləcəyi bildirilən qalıqlar aşkarlanıb.

“İki sahil” “Sky News“a istinadən xəbər verir ki, “Gulfstream G100” tipli təyyarədə dörd ekipaj üzvü və iki sərnişin olub. Təyyarə tibbi təxliyə uçuşu həyata keçirib. Təyyarə Nantaket adası sahillərinə yaxınlaşarkən hava hərəkətinə nəzarət xidməti ilə əlaqəni itirib. Pilot bundan əvvəl elektrik sistemində problem yarandığını bildirib və fövqəladə vəziyyət elan edib.

Məlumata görə, təyyarədəki şəxslərdən dördü Kanada, ikisi isə Bermud adalarının vətəndaşıdır. ABŞ Sahil Mühafizəsi havadan və dənizdən axtarışları davam etdirir. Təyyarədə olan şəxslərin taleyi barədə hələlik məlumat verilməyib.