04 oktyabr 2026 19:59
98

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

2022-ci ilin may ayında Azərbaycanda keçirilən “TEXNOFEST” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı böyük uğur qazandı. Bunu Azərbaycanda “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi olduğumuz üçün xatırlayırıq.

“İki sahil” xəbər verir ki,  “TEXNOFEST” Direktorlar Şurasının və T3 Vəqfi Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar Şanlıurfada keçirilən “TEXNOFEST - Cənub-Şərq” festivalının yarış proqramlarında Azərbaycan komandalarının fəal iştirakından danışıb. S. Bayraktar xatırladıb ki, 97 ölkəni təmsil edən komandalar Şanlıurfada keçirilən festivalda iştirak etmək üçün müraciət edib və bu, artıq 15-ci ilini qeyd edən tədbirin artan populyarlığını nümayiş etdirir. T3 Vəqfi Qəyyumlar Şurasının sədri müasir Türkiyənin texnologiya və müdafiə sahəsindəki nailiyyətlərinə diqqət çəkib. “Son 20 ildə Türkiyə dünyanın ən böyük hücum PUA-ları istehsalçısına çevrilib”, - deyə o bildirib.

“Biz dünyanın 40 ölkəsində fəaliyyət göstəririk və onlardan yeddisində dronların birbaşa istehsalını qurmuşuq”, - deyən S. Bayraktar həmçinin Türkiyəni tərk etmiş mütəxəssislərin fəal şəkildə ölkəyə qayıtdığını qeyd edib.