Biləsuvar rayonunda qətl hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini 2000-ci il təvəllüdlü Milan Soltanlı bıçaqlanıb. Ağır xəsarətlər alan M. Soltanlı hadisə nəticəsində həyatını itirib.
Əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.