06 oktyabr 2026 10:16
86

Faktiki hava

Milli Hidrometeorologiya Xidməti oktyabrın 6-sı saat 9:00-a olan faktiki hava barədə məlumat yayıb.

“İki sahil” xəbər verir ki, məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb. Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5, Salyan, Neftçalada 2, Biləsuvar, Quba, Sabirabad, Zərdab, Hacıqabul, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.