06 oktyabr 2026 21:06
136

EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu artırıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üçün orta gündəlik neft hasilatını 10 min barel artraraq 530 min barel səviyyəsində proqnozlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın oktyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

2027-ci il üçün qurumun neft hasilatı ilə bağlı açıqladığı sentyabr proqnozu 520 min barel səviyyəsində olub.

Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 540 min barel olacağı gözlənilir ki, bu da sentyabr ayında verilən proqnozla müqayisədə 10 min barel çoxdur.

2027-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 530 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə 10 min barel çoxdur.

Agentlik həmçinin 2027-ci ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 520 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə 10 min barel çoxdur. (Report)