Oktyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Xalqartisti Nəzakət Teymurovanın konserti keçirilib.
ADU-nun rektoru Xalq yazıçısı, akademik Kamal Abdulla müəllimləri peşə bayramı münasibətilə təbrik edərək onlaramöhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.Müəllimlik peşəsinin əhəmiyyətindən danışan rektortələbələrə də müraciət edərək gələcəkdə layiqli müəllimolmağın vacibliyini vurğulayıb.
Rektor çıxışında qeyd edib ki, Ulu Öndər Heydər ƏliyevinSərəncamına əsasən, 1993-cü ildən etibarən hər il 5 oktyabrölkəmizdə Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur: "Müəllimlər Günü müqəddəs gündür, çünki müəllim peşəsimüqəddəsdir. Əziz tələbələr, siz gələcəyin müəllimləriolacaqsınız. Mən sizə arzu edirəm ki, müəllimi olduğunuzinsanlar sizə layiq olduğunuz qiyməti hər zaman versinlər. Bu əlamətdar gün münasibətilə görkəmli sənətkarımız, Xalqartisti Nəzakət Teymurova universitetimizin qonağıdır.Nəzakət Teymurova hamımızın sevimlisidir. Tələbə-müəllimheyəti adından onu salamlayırıq, universitetimizə xoş gəlib”.
Rektorun çıxışından sonra tədbir bədii hissə ilə davametdirilib və səhnə Xalq artisti Nəzakət Teymurovanın və“Xarıbülbül” muğam qrupunun ixtiyarına verilib. Tanınmışxanəndə ecazkar səsi ilə tədbir iştirakçılarına unudulmaz anlaryaşadıb. Nəzakət Teymurova repertuarından bir-birindəngözəl, ruh oxşayan xalq mahnılarını ifa edib. Onun ifasındasəslənən milli musiqi nümunələri zalda əyləşən müəllim vətələbələr tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.
Canlı ifalardan sonra musiqili görüş maraqlı və səmimidiskussiya formatında davam edib. Xalq artisti universitetinmüəllim və tələbə heyətini maraqlandıran çoxsaylı suallarıböyük məmnuniyyətlə cavablandırıb. Sual-cavab zamanısənətkar öz zəngin yaradıcılıq yolu, xalq musiqimizin sirlərivə sənət dünyası barədə fikirlərini bölüşüb. Pedaqoqlar beləbir yüksək səviyyəli tədbirin təşkilinə və onlara göstəriləndiqqətə görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarınıbildiriblər.
Sonda Xalq artisti Nəzakət Teymurova və akademik Kamal Abdulla ilə xatirə şəkilləri çəkdirilib.