07 oktyabr 2026 21:54
148

"Gəncə" məğlub olub

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Türkiyənin "Esenler Erokspor" komandasının qonağı olan Azərbaycan təmsilçisi rəqibinə uduzub - 63:92. C qrupunun matçı İstanbul şəhərində keçirilib.

Qeyd edək ki, "Gəncə" qrup mərhələsində "Universitatya Krayova" (Rumıniya), "Sportinq" (Portuqaliya), "Rilski Sportist" (Bolqarıstan) və "Kolossos"la (Yunanıstan) da üz-üzə gələcək.