ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiq görülməməsinin Norveç Nobel Komitəsi üçün böyük nüfuz itkisi olacağını bildirib.
“İki sahil” xəbər verir ki, o, komitənin onun kimi insanlara mükafat verməmək reputasiyasına malik olduğunu deyib. Tramp Nobel mükafatına layiq olduğunu düşündüyü nailiyyətlərini sadalayaraq bildirib: “Mükafatı alıb-almamağımdan asılı olmayaraq, mən daha çox iş görmüşəm. Əgər məni qiymətləndirməsələr, düşünürəm ki, bu, onlar üçün böyük nüfuz itkisi olar”. Prezident, həmçinin 2025-ci il laureatı, Venesuela müxalifət lideri Mariya Korina Maçadonun öz mükafatını ona təqdim etdiyini xatırladıb.
2026-cı il Nobel Sülh Mükafatının qalibi oktyabrın 9-da Osloda açıqlanacaq.
Fransa qiymətləri sabitləşdirmək üçün ehtiyatlardan 10 milyon barel dizel buraxacaq
Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına hücumlarda üç nəfər həlak olub