Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşı beynəlxalq yarışda ölkəmizi uğurla təmsil edib.
Agentliyin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Ceyhun Cəfərov Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən “CyberDSA 2026” tədbiri çərçivəsində təşkil olunmuş “Capture the Flag” (CTF) yarışında birinci yeri tutub.
Yarışda ümumilikdə 46 ölkədən müvafiq sahə üzrə mütəxəssislər mübarizə aparıblar.
İştirakçılara süni intellekt sistemlərinin təhlükəsizliyi, zəifliklərin aşkar olunması və kiberhücumların qarşısının alınması üzrə mürəkkəb praktiki tapşırıqlar təqdim edilib. MKA nümayəndəsi bütün mərhələləri yüksək dəqiqliklə icra edərək yarışın qalibi adına layiq görülüb.