09 oktyabr 2026 12:21
119

Almaniya quru qoşunları 1,5 km mənzilli qanadlı raketlər alacaq

Almaniyanın quru qoşunları uçuş məsafəsi təxminən 1,5 kilometr olan ucuz qanadlı raketlər əldə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə DPA agentliyinin sitat gətirdiyi Almaniya quru qoşunlarının komandanı Kristian Freydinq bildirib.

O qeyd edib ki, bununla biz dərinlikdəki hədəflərə 1,5 km məsafədə kütləvi zərbələr endirə və düşmənin raket əleyhinə müdafiə sistemlərini yükləyə biləcəyik.

Freydinq bildirib ki, sözügedən "Low Cost Cruise Missiles" (aşağı dəyərli qanadlı raketlər) raketlərinin alınması ilə bağlı qərar qəbul edilib. Onun sözlərinə görə, bazarda mövcud olan iki döyüş sistemi nəzərdən keçirilir. Lakin o, konkret olaraq hansı sistemlərin nəzərdə tutulduğunu açıqlamayıb. Freydinqin sözlərinə görə, ilk tədarüklər 2027-ci ildən etibarən prinsipcə mümkündür.