09 oktyabr 2026 17:54
165

Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığına dair məsələləri müzakirə ediblər.

Ararat Mirzoyan və Hakan Fidan regional əməkdaşlıq məsələləri və çoxtərəfli platformalar barədə fikir mübadiləsi də aparıblar.