Fransa Prezidenti Emmanuel Makronun populyarlıq reytinqi 2017-ci ildə hakimiyyətə gəldikdən bəri ən aşağı səviyyəyə enərək 15 faiz təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə “La Tribune Dimanche” qəzeti üçün “Ipsos BVA-CESI” sosioloji xidməti tərəfindən keçirilən sorğunun nəticələrində bildirilib.
Nəşrin məlumatına görə, Makronun populyarlığının azalması fransızların ölkədəki iqtisadi vəziyyətlə bağlı narahatlığının artması fonunda baş verir. Sorğuda iştirak edənlərin 70 faizi şəxsi maddi vəziyyətləri ilə əlaqədar narahatlıq ifadə edib.
Əhalini narahat edən əsas məsələlər arasında alıcılıq qabiliyyəti, sosial müdafiə sisteminin gələcəyi, eləcə də dövlət borcunun və büdcə kəsirinin səviyyəsi yer alıb.
Sorğu oktyabrın 7-8-də Fransada yaşayan 18 yaşdan yuxarı 1 000 nəfər arasında keçirilib.
Qeyd edək ki, Emmanuel Makronun populyarlıq reytinqi ilə bağlı əvvəlki antirekord göstərici sentyabr ayında qeydə alınmış və 16 faiz təşkil etmişdi.