Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var.
“İki sahil” xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov III Beynəlxalq Xankəndi Ultramarafonu çərçivəsində media nümayəndələrinə açıqlamasında deyib.
Nazir xatırladıb ki, marafon artıq 3-cü dəfədir keçirilir: "Marafon ilk dəfə Xankəndidə start götürmüşdü. Son 2 ildə isə Xankəndidə finiş edirik. Məsafə 192 kilometrdir, idmançılar 4 gündə bu məsafəni qət edirlər. İştirakçıların sayında kifayət qədər artım var. Onların yarıdan çoxu azərbaycanlılardır. Sevinirik ki, bizim bu qədər ulturamarafonçumuz var".
F.Qayıbov qeyd edib ki, marafonda iştirakçıların sayında qadınlar çoxluq təşkil edir.
"Yarışa 6 ölkənin iştirakçıları qatıllıb. Atletlərin təxminən 25 %-i qadınlardır. Hər bir idmançını, eləcə də xalqımızı işğaldan azad olunmuş ərazilərimizdəki növbəti idman bayramı münasibətilə təbrim edirəm", - nazir deyib.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının son günündə Azərbaycan millisi Avstriya ilə qarşılaşacaq
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər