11 oktyabr 2026 13:40
140

BMW ona maşın vermədi, partiya Maskdan xahiş etdi

Almaniyanın BMV şirkəti Saksoniya-Anhalt əyalət parlamentinin (landtaq) Almaniya üçün Alternativ Partiyasından olan yeni sədri Tobias Rauşa avtomobil verməkdən imtina edib.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat verib.

Münhendə yerləşən avtomobil istehsalçısı onun seçilməsindən sonra Saksoniya-Anhalt əyalət parlamentinə əvvəllər təqdim etdiyi avtomobil lizinqi təklifini geri götürüb. Rauş noyabr ayına qədər sələfinin avtomobilindən istifadə edə biləcək.

Bundan sonra Bundestaqdakı AfD parlament qrupunun sədr müavini Beatriks fon Storç “Tesla”nın təsisçisi İlon Maska X platforması üzərindən Rauşa xidmət avtomobili verməsi üçün müraciət edib.

Mask hələlik bu mesaja cavab verməyib.