11 oktyabr 2026 15:51
215

Yeni prioritetlər və qarşıda duran vəzifələri müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirələr davam etdirilir.

Bərdə Peşə Təhsili Mərkəzi "18 saylı Heydər Əliyev prospekti -111" ərazi partiya təşkilatında keçirilən müşavirədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirəni giriş sözü ilə açan  Bərdə Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov  iştirakçıları salamlayaraq dövlət başçısı, Partiyamızın Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultaydakı  nitqində səslənən  suverenliyimizin bərpasından sonra yaranmış yeni reallıqların yeni prioritet istiqamətlər və hədəfləri zərurətə çevirdiyinə diqqət çəkib. 

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya  YAP-ın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında böyük əhəmiyyətə malik olduğunu, mühüm hadisəyə çevrildiyini bildirib, Qurultayda Müzəffər Lider, ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin parlaq nitqindən irəli gələn məsələlərdən və qarşıda duran vəzifələrdən danışıb, Faqət Şadlinskaya ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn ayrı- ayrı müddəaların gələcəyimiz üçün yeni ideya və prioritet istiqamətlər mənbəyinə çevrildiyini vurğulayıb. Və burada qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd edib.
 
Tədbirdə çıxış edən  Bərdə Peşə Təhsili Mərkəzi "18 saylı Heydər Əliyev prospekti -111" ərazi partiya təşkilatının sədri Vüqar Babayev VIII Qurultayda ölkə Prezidenti cənab İlham Əliyevin  nitqində vurğuladığı kimi,   Ulu öndər Heydər Əliyevin dahi dühasının məhsulu olan Yeni Azərbaycan Partiyasının zərurətdən yarandığı dövrün  xarakterizə edilməsinin və daim gənclərə çatdırılmasının əhəmiyyətini qeyd edib, Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizdə, həm də regionda artan rolundan danışıb.  

YAP- ın VIII Qurultayının nümayəndəsi Elməddin Əsgərxanov cənab Prezidentin parlaq nitqindən müxtəlif müddəaları təhlil edərək iştirakçıların diqqətinə çatdırıb.

Sonda VIII Qurultayın tələbləri və qarşıda duran məsələlər ətrafında partiya üzvlərinin fəallığının daha da artırılmasının vacibliyi vurğulanıb.