11 oktyabr 2026 17:10
146

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində qurultayın vəzifələri müzakirə edildi

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının  Bərdə Dövlət idarəetmə və Texnologiya Kollecində yerləşən "5 saylı Bakı küçəsi" ərazi partiya təşkilatında ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə  həsr olunmuş müşavirə keçirilib. 

“İki sahil” xəbər verir ki, müşavirədə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Müşavirəni giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya iştirakçıları salamlayaraq  VIII  Qurultayın əhəmiyyətindən danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan siyasi qüvvə kimi qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində fəal iştirak edir. VIII Qurultayda qəbul edilən qərarlar və müəyyənləşdirilən yeni hədəflər partiyanın ideya mənbəyi olaraq gələcək fəaliyyətində mühüm rola malik  olacaq. Faqət Şadlinskaya ölkənin həyatında mühüm hadisəyə çevrilən VIII Qurultayda  ölkə Prezidenti,  YAP Sədri cənab İlham Əliyevin parlaq nitqində  Azərbaycanın qarşısında duran əsas vəzifələrə, ölkəmizin əldə etdiyi nailiyyətlərə və gələcək inkişaf perspektivlərinə geniş yer verildiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmizin davamlı inkişafının təmin edilməsi, dövlətimizin daha da qüdrətlənməsi, müstəqilliyimizin möhkəmləndirilməsi üçün Ulu öndər Heydər Əliyevin aydın və parlaq ideyalarının həyata keçirilməsi əsas ana xətt olaraq qalır. O, partiya üzvlərinin bu prosesdə üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmələrinin vacibliyini qeyd edib. 

Daha sonra YAP-ın VIII Qurultayının nümayəndəsi,  ərazi partiya təşkilat sədri Raqub Yunusov çıxış edərək Müzəffər Liderimiz cənab İlham Əliyevin nitqinin mühüm ideyalar və gələcək  məqsədlərə çatmağın  yol xəritəsi olaraq aydınlığı ilə seçilir və hər birimiz üçün fəaliyyət planıdır.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev çıxış edərək bildirib ki,  YAP ölkəmizin inkişafında, ictimai-siyasi sabitliyin və milli həmrəyliyin möhkəmləndirilməsində mühüm rola malikdir, VIII Qurultayda qarşıya qoyulan vəzifələrin bundan sonra da ardıcıl şəkildə həyata keçirilməsi,  gənclərin dövlətçilik ənənələrinin qorunmasında və cəmiyyətin inkişafında fəal iştirakının təmin edilməsi üçün zəruridir və mühüm əhəmiyyətə malikdir.

Müşavirədə çıxışçılar dövlətimizin inkişafı və qüdrətlənməsi,   müstəqilliyinin möhkəmləndirilməsi yolunda xalq iqtidar birliyinin  sarsılmazlığından qürur duyduqlarını bildiriblər.