11 oktyabr 2026 17:17
124

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Biləsuvarda bir neçə minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yeni Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC