11 oktyabr 2026 18:50
110

Çexiyada parlament seçkilərinin birinci turunda beş senator seçilib

Çexiyada Senat seçkilərinin birinci turunda parlamentin yuxarı palatasının 27 yeni üzvündən beşi məlum olub.

“İki sahil”in xarici mediaya istinadən verdiyi məlumata görə, səsvermə 9-10 oktyabrda 27 seçki dairəsində keçirilib.

Seçicilər 81 senatordan 27-ni seçməli idilər. Beş dairədə namizədlər səslərin 50 %-dən çoxunu toplayaraq birinci turda qalib gəliblər.

Qalan 22 dairədə ikinci tur 16-17 oktyabrda keçiriləcək. Növbəti turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.

Birinci turda seçici fəallığı 43 %-i keçib. Ən çox dəstəyi STAN ("Müdirlər və Müstəqillər"), ANO ("Narazı Vətəndaşların Aksiyası") hərəkatı və Vətəndaş Demokrat Partiyasından olan namizədlər alıblar.

Qeyd edək ki, Çexiya Senatı altı illik müddətə seçilən 81 üzvdən ibarətdir. Parlamentin yuxarı palatası üzvlərinın üçdə biri hər iki ildən bir yenilənir.