Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə, Kiyev də Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa hazırdır.
“İki sahil” xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.
O, Avropadakı müharibənin əsl səbəbkarının Rusiya olduğunu vurğulayıb.
Ukrayna Prezidentinin sözlərinə görə, enerji infrastrukturuna hücumların dayandırılması mümkündür, lakin Rusiya Prezidenti Vladimir Putin buna hazır deyil. Zelenski vurğulayıb ki, gərginliyin azaldılmasına yönələn istənilən addım qarşılıqlı olmalı və real təminatlarla müşayiət edilməlidir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadan Rusiya neft emalı zavodlarına hücumları dərhal dayandırmasını tələb edib.