11 oktyabr 2026 21:04
135

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

Pakistan hakimiyyəti müxalifətin etirazları fonunda fövqəladə vəziyyətin tətbiq edildiyi şimal-qərbdəki Xayber-Paxtunxva vilayətinə silahlı qüvvələrin bölmələrini göndərmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə "Dunya News" telekanalı məlumat yayıb və müvafiq sərəncamın ölkənin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verildiyini açıqlayıb.

Sənədə əsasən, hərbçilər ictimai asayişin təmin edilməsində, əhalinin, eləcə də dövlət və ictimai obyektlərin qorunmasında yerli hakimiyyət orqanlarına kömək göstərmək üçün Pakistan Konstitusiyasının 245-ci maddəsi əsasında cəlb olunacaq.

Ordu bölmələri oktyabrın 11-də tətbiq edilən fövqəladə vəziyyətin qüvvədə olduğu bütün dövr ərzində əyalətdə qalacaq.

Göndəriləcək hərbi qulluqçuların sayını Pakistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə razılaşdırmaqla əyalətin qubernatoru müəyyən edəcək.

Daha əvvəl müxalif "Ədalət Uğrunda Hərəkat" partiyasının hakimiyyətdə olduğu Xayber-Paxtunxvada keçmiş baş nazir İmran Xanın azad edilməsi tələbi ilə etirazlar başlayıb.