Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Azərbaycanca danışaq” seriyasından növbəti kitabıPolşada nəşr olunub. Azərbaycan dilinin, tarixinin vəmədəniyyətinin təbliği ilə bağlı geniş fəaliyyət proqramınıntərkib hissəsi olan kitab Varşava Universitetinin professoruDanuta Chmelovskayanın tərcüməsində işıq üzü görüb.
Kitaba praktiki səciyyəli zəngin dil materialı, danışıq kitabçasıilə yanaşı ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixihaqqında informativ bilgilər də daxil edilib.
Nəşr Polşanın ən böyük və nüfuzlu nəşriyyat evlərindən biriolan "Wydawnictwo Adam Marszałek" tərəfindən çap olunub.Kitabın əsas məqsədi Polşa və geniş Avropa regionundaAzərbaycanın zəngin tarixi keçmişi, dil strukturu, multikulturaldəyərləri barədə mövcud elmi bilikləri yeniləmək vəgenişləndirməkdir.
Kitabda Azərbaycanın qədim dövrlərindən bu günə qədərkeçdiyi tarixi inkişaf yolu fəsillər üzrə təhlil edilir, Azərbaycandilinin digər türk dilləri arasındakı spesifik qrammatik mövqeyiizah olunur. Kitabda eyni zamanda rəsmi Bakının Avropaİttifaqı çərçivəsində, xüsusən də “Şərq Tərəfdaşlığı” proqramıçərçivəsindəki siyasi-iqtisadi rolu və ölkənin Şərqlə Qərbarasında geosiyasi körpü xüsusiyyətləri ətraflı şəkildəişıqlandırılır. Nəşrin özəlliklərindən biri də, əsrlər boyuformalaşmış Polşa-Azərbaycan tarixi münasibətlərinə, Bakınınmemarlığında və sənayesində böyük iz qoymuş polşalımühəndis və sənətkarların fəaliyyətinə xüsusi bir bölmənin həsredilməsidir.
Kitab Polşanın aparıcı universitetlərinin şərqşünaslıqfakültələrində elmi vəsait kimi istifadə olunmaqla yanaşı, regionla maraqlanan səyyahlar üçün də ən etibarlı qaynaqlardanbiridir. Oxucular nəşr, rəylər və qiymətlərlə bağlı əlavəməlumatı Polşanın populyar ədəbiyyat platforması olan“Lubimyczytac” portalı vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycancadanışaq” kitabı indiyədək Fransa, Macarıstan, Rumıniya, Serbiya, Birləşmiş Ərəb Əmirliyi və Pakistanda nəşr olunub.