Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Sudan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdən məmnunluq ifadə olunub, bu çərçivədə ölkələr arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların mövcud olduğu bildirilib.
İki ölkənin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında mülki müdafiə, yanğın təhlükəsizliyi və digər istiqamətlərdə, o cümlədən təcrübə mübadiləsi və mütəxəssis hazırlığı məsələləri üzrə əməkdaşlığın qarşılıqlı faydası vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib
“Data ABC” təlim kursu gənclərin data analitika üzrə bilik və bacarıqlarının inkişafına dəstək olub
Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb