13 oktyabr 2026 17:06
139

“Data ABC” təlim kursu gənclərin data analitika üzrə bilik və bacarıqlarının inkişafına dəstək olub

 

Gənclərin Həmrəyliyi İctimai Birliyi tərəfindən təşkil olunan “Data ABC” data analitika üzrə sürətləndirilmiş təlim kursu uğurla yekunlaşıb.

Avqust–oktyabr aylarını əhatə edən və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin data analitika üzrə aparıcı mütəxəssisi Teymur Həziyevin təqdimatında baş tutan təlim kursu çərçivəsində iştirakçılar data analitikanın əsasları, məlumatlarla işləmə prinsipləri və məlumatların təhlili üzrə ilkin biliklər əldə ediblər. Bununla yanaşı, iştirakçılar Power BI proqramının əsas alətləri ilə tanış olub, məlumatların vizuallaşdırılması və analitik hesabatların hazırlanması üzrə praktiki bacarıqlar qazanıblar.

“Data ABC” təlim kursunun əsas məqsədi gənclərin data analitika sahəsinə marağını artırmaq, onların rəqəmsal kompetensiyalarını inkişaf etdirmək və müvafiq istiqamət üzrə karyera həyatında zəruri olan ilkin biliklərə yiyələnməsinə imkan yaratmaqdır. Proqram gənclərin müasir əmək bazarında data analitikdən tələb olunan rəqəmsal bacarıqlara yiyələnməsinə, məlumatlarının təhlili üçün nəzərdə tutulan platformalardan istifadəyə dair biliklər əldə etməsinə və gələcək peşəkar inkişaf imkanlarını genişləndirməsinə töhfə verir.