17 oktyabr 2026 12:54
161

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur

Bakı Ekspo Mərkəzində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisinə kitabsevərlərin rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar təşkil edilir.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xüsusi avtobuslar oktyabrın 21-dən 27-dək metronun "Koroğlu" stansiyasından Bakı Ekspo Mərkəzinə hərəkət edəcək.

Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır. Bütün ziyarətçilərin sərgi məkanına girişi ödənişsizdir.

Xatırladaq ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi "Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya" mövzusuna həsr olunub.