Bu gün müdafiə sənayesi naziri Yavər Camalov İtaliyanın “Gruppo Leonardo-Finmeccanica” şirkətinin baş direktoru Mauro Morettinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Sənayesi Nazirliyindən (MSN) APA-ya verilən məlumata görə, nazir Y. Camalov nümayəndə heyətinə MSN-nin fəaliyyəti barədə məlumat verib.
Görüş zamanı mümkün əməkdaşlıq sahələrinə dair müzakirələr aparılıb.
Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo da iştirak edib.
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb