18 oktyabr 2026 00:42
113

"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.

“İki sahil” xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən ""Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.