18 oktyabr 2026 16:50
110

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan sumoçusu Əmrah Şəfiyev Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki, 85 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda Gürcüstan təmsilçisi ilə qarşılaşıb.

Görüş Əmrah Şəfiyevin qələbəsi ilə yekunlaşıb.