18 oktyabr 2026 17:26
112

Niderlandın Azərbaycandakı səfirliyi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Niderland Krallığının Azərbaycandakı səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

“Bu gün Azərbaycan Müstəqilliyin Bərpası Gününü qeyd edir.

Niderland Krallığının Azərbaycandakı səfirliyi Azərbaycan xalqını təbrik edir, ölkəyə gələcəkdə də sülh, firavanlıq və tərəqqi arzulayır”, – deyə paylaşımda bildirilib.